Ötən ay təmirə bağlanan «Xəzər Lənkəran» Mərkəzi Stadionununda hələ yenidənqurma işlərinə start verilməyib.
Redaksiyamıza verilən məlumata görə, gecikməyə səbəb ssmetanın təsdiqlənməməsidir.
Stadionun sahibi olan “Palmali”nin baş ofisindən fevralın əvvəlində mediaya göndərilən açıqlamada bildirilmişdi kii, şirkətin Bakı ofisinə bununla bağlı tapşırıq verilib:
“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik təmir üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq.
Hazırda yenidənqurma işləri üçün xərclər hesablanır. Mart ayından işlərə start veriləcək”.
Stadionda görülməsi gərəkən təmirin miqyası kifayət qədər böyükdür. Buna 1-2 milyon manat bəs etməyəcək.
Azından 3 milyon aparacaq. Təbii ki, bu da az məbləğ deyil.
Mübariz Mənsimovun əvvəlki vaxtı olsaydı, bu pulu 1 dəqiqənin içində ayırardı. İndi isə o, hər qəpiyinin qədrini bilir, onun boş yerə xərclənməməsi üçün yüz ölçüb, bir biçir.//sportinfo