09:15

İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

İlkin məlumata görə, İstanbulun İstiqlal prospektindəki partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi məlumata görə, ölən və xəsarət alanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.