23:54

Bakıda metroda Fransa, Zelandiya, Koreya vətəndaşları vaqonları niyə boyayıb? - ŞOK SƏBƏB+EKSKLÜZİV




Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Cənubi Koreya vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqonun ifadələri məlum olub.

Resmixeber.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo izahatında göstərdi ki, əməli incəsənət məqsədi ilə törətmiş, başqa ölkələrdə qanuni olduğundan burada da icazə olduğunu düşünmüşdür. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazır olduğunu bildirib.

1994-cü il təvəllüdlü Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent izahatında göstərib ki, əməli incəsənət məqsədi ilə törətmiş, başqa ölkələrdə qanuni olduğundan burada da icazə olduğunu düşünmüşdür. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazırdır.

1992-ci il tarixdə Cənubi Koreya, Seul şəhərində anadan olmuş P.Han Paul izahatında göstərdi ki, bu əməli heç bir pis niyyəti olmadan, incəsənət məqsədi ilə törətmiş, Misirdən turist olaraq gəlib. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazır olduğunu deyib.

Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barələrində 9832 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.//moderator.az