12:11

Ermənistan hərbçiləri arasında intihar artıb: daha biri özünü öldürdü

Zəngəzurun (Syunik) Vorotan kəndində bir sərhədçi intihar edib. İntihar edən şəxs dünən xidmətə çağırıldığı Abovyanda dəfn olunub. Lakin diqqətçəkən məqam odur ki, aidiyyatı qurumlar, Ermənistanın təhlükəsizlik xidməti intiharla bağlı heç bir xəbər yaymayıb.

Bu barədə “hraparak” məlumat yayıb.

Son vaxtlarda erməni hərbçilər arasında intihar hadisəsinin artdığını qeyd edən Zəngəzur ermənisi “hraparak”a açıqlamasında deyib ki, bununla bağlı məlumatlar ictimaiyyətdən maksimum gizlədilir. Hadisənin yalnız çox az qismi açıqlanır.