13:34

4 uşağını atıb getdi, qızını əxlaqsıqlığa cəlb etdi, oğlu isə... - Bakıda qətllər

Bakıda anasınə və bacısını qətlə yetirməkdə təqsirli bilinən Murad Niftizadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

İş üzrə dindirilmiş Murad Niftizadə ifadəsində göstərib ki, 1997-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Yetkinlik yaşına çatanda böyük bacısı və qardaşının danışıqlarından bilib ki, anası hələ atasının sağlığında ona xəyanət edib. Uşaqlarına əhəmiyyət vermədən kənd sakinlərindən utanıb çəkinmədən Beydinli kəndində yaşayan ailəli bir kişi ilə görüşüb. Atası bunu bilib daim xəcalətlə yaşayıb və qəflətən 37 yaşında vəfat edib.

Təxminən 11-12 yaşı olanda anası 4 uşağını qoyub həmin adama qoşulub çıxıb gedib. Böyük bacısı Gülşən özü uşaq olmasına baxmayaraq onlara analıq, qardaşı Cavid isə atalıq edib. Birtəhər bibilərinin himayəsində yaşayıblar.

Uşaq olanda anasının hərəkətlərini tam dərk etməyib, amma böyüdükcə daxilən xəcalət cəkib. Həmyaşıdları içərisində həmişə başı ağaşı olub.

Bacısı Gülşənin ərizəsi əsasında Biləsuvar rayon məhkəməsinin qərarı ilə Fatma Həmzəyeva rəsmi analıqdan məhrum edilib. İki bacı və iki qardaş analarını həyatlarından silib yaşayıblar.
Murad Niftizadə bildirib ki, 2012-ci ildə Bakı şəhərinə gəlib bir müddət bibilərinin evində qalıb. Sonralar müxtəlif ünvanlarda kirayədə yaşayıb. Rusiyada yaşayan əmisi vaxtaşırı ona maddi köməklik edib.

2014-2015-ci illərdə eşitdiyinə görə anası Fatma Həmzəyeva kənddə yaşayan bəzi tanışlarının vasitəsi ilə bacısı Elgünlə əlaqə saxlayıb görüşüb. Böyük bacısı və qardaşı həmçinin əmiləri, bibiləri buna mane olmağa çalışsalar da, anası Elgünü yoldan çıxarıb, öz yanına Bakıya aparıb.
Əvvəl zənn ediblər ki, yəqin Fatma Elgünə analıq etmək istəyir. Amma sonradan hər ikisinin əxlaqsız həyat tərzi keçirməsi, kafelərdə və çay evlərində günəmuzd xidmət göstərdiklərini öyrəniblər.

Murad Niftizadə 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Əmisinin təklifi ilə 2017-ci ildə işləmək üçün Rusiyanın Saratov şəhərinə gedib. 2018-ci ildə orada əslən Biləsuvar rayonundan olan bir qızla evlənib. Bacısı ilə tez-tez əlaqə saxlayıb. Bacısından Elgün haqqında soruşanda, Gülşən onun nə işlə məğul olması ilə maraqlanmadığını deyib. Danışığından anlayıb ki, bacısı Elgün anasının təsiri altındadı və naməlum şəxslərlə görüşür, internetdə açıq-saçıq şəkilər paylaşır.

Şəxsən özü də instaqramda Niftizadə adlı profildə bacısının hamam xalatında oğlanlarla bir yerdə əxlaqsız şəkillərini görüb. Bir neçə dəfə xəbər göndərib ki, bacısı həmin şəkilləri silsin, amma faydası olmayıb. Uşaq vaxtı bir yerdə böyüdüklərindən bacısının yaşadığı həyatı qətiyyən qəbul edə bilməyib. İstənilən yolla bacısını anasının yanından ayırıb, öz yanına Rusiyaya aparmağı düşünüb və bunu bacı qardaşlarına deyib. Onlar onun bu fikri ilə razılaşıblar.

2019-cu ilin dekabr ayında bilib ki, böyük bacısı xəstəliyi ilə əlaqədar əməliyyat olunmalıdır. Buna görə təxminən 3 min manata yaxın pul düzəldib Bakıya gəlib. Bakıda bacısı Gülşəndən anası Fatmanın telefon nömrəsini öyrənib və ona zəng edərək görüşmək istədiyini bildirib.
Dekabrın 12-də axşam Bakıxanov qəsəbəsinə yollanıb. Binanın həyətində anası Fatma onu qarşılayandan sonra birlikdə mənzilə qalxıblar. Onu çox soyuq qarşılayan Fatma niyə gəldiyini soruşub. Bacısının yanına gəldiyini söyləyəndə, anası "Elgün işdədir, 1 saata gələcək" deyib. Murad keçib mətbəxdə oturub. Anası onunla acıqlı danışıb: "Elgün indi yadına düşüb, neyləyirsən onu? İşləyir, özü özünü dolandırır, heç kimə ehtiyacı yoxdur", bildirəndə əsəbiləşib "internetdə olan şəkillərindən necə işləyib dolandığı bəllidir", deyib. Cavab olaraq anası qızın yaxşı etdiyini söyləyəndə, başa düşüb ki, artıq bu adam üçün əxlaq, abır, ismət deyilən heç nə qalmayıb.

Murad bacısını özü ilə aparmağa gəldiyini deyəndə, Fatma qışqıraraq Elgünün heç yerə getməyəcəyini bildirib və onun mənzildən çıxmasını tələb edib.

Murad Niftizadə ifadəsinin davamında bildirib ki, mübahisələrinin gərgin vaxtında bacısı evə gəlib. Bacısı ilə söhbət edərkən hiss edib ki, gəlişi onunvda ürəyincə deyil. Ondan internetdə oğlanlarla şəkillərini niyə paylaşdığını soruşanda basıcı "hesabat verməli deyiləm, həyatımı yaşayıram, heç kim mənim işimə qarışa bilməz", deyib. Ona qardaşı olduğunu və uşaq vaxtı birgə anasız böyüdüklərini xatırlatmağa çalışsa da, artıq anlayıb ki, anası Fatma bacısının da həyatını məhv edib. Qonşu otaqdan mətbəxə keçən anası onu söyməyə başlayıb.

"Mənə dedi ki, sən kimsən onu aparasan? Dedim, mən qardaşıyam, gəlmişəm özümlə onu aparım. Dedi, sən onun qardaşı deyilsən, o başqa kişidəndir. Dedim, atam sağ olanda pozğunluq etmisən, bizi biabır eləmisən. Dedi, yaxşı eləmişəm, rəhmətlik atamı söydü".

Bu zaman Murad anasının baş nahiyyəsinə yumruqla vuraraq onu yerə yıxıb. Ayağa qalxıb bıçaq götürən anası onun sağ çiyninə xəsarət yetirib. Yenə də vurmağa cəhd edəndə kəsici aləti onun əlindən alıb, ona çoxsaylı zərbələr vurub. Vurduğu zərbələrin sayını xatırlamır. Bacısı qapını açıb içəri girəndə sanki ayılıb. Onun qan içərisində olduğunu görüb üzərinə gəlib. Qışqıra-qışqıra əlləri ilə onu vurmağa başlayanda, bıçaqla bacısına da zərbələr endirib.

Müayinə zamanı Fatmanın bədənində 39, bacısı Elgündə isə 23 ədəd bıçaq yarası aşkar edilib.

Zərbələrin təsirindən anası qonaq otağının qarşısında, bacısı isə mətbəxdə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıblar.

Bundan sonra mənzildən çıxaraq ətrafda bir az gəzişib. Fikirləşib ki, Elgünə görə geri qayıtsın, bəlkə hələlik sağdı. Amma sonra fikrindən daşınıb. Taksi ilə "Qırmızı Körpü" sərhəd keçid məntəqəsinə, oradan isə Rusiyaya gedib.

Murad Niftiyev əlavə edib ki, eşitdiyinə görə hadisədən sonra doğmaları Fatmanın və Elgünün meyitlərini qəbul etməyiblər. Onların kənddə dəfn edilməsi və mərasim keçirilməsinə razılıq verməyiblər. Hər ikisi Bakıda kimsəsizlər qəbiristanlığında dəfn olunublar.

Məhkəmə iclasında Murad Niftizadə ittima üzrə özünü təqsiri bilib.

Sonda məhkəmənin hökmü ilə Murad Niftizadə ittiham olunduğu maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.

4 uşağını atıb getdi, qızını əxlaqsıqlığa cəlb etdi, oğlu isə... - Bakıda qətllər