16:00

Azərbaycanda da güclü zəlzələlər baş verə bilərmi? - RƏSMİ AÇIQLAMA

Türkiyədə baş verən zəlzələ Naxçıvan və Lənkəran bölgəsində çox zəif hiss olunub.

Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Professor Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə ehtimalı ilə zəlzələ dalğası bizə çatana qədər sönmüş vəziyyətdə olub.

"Yanvarın 28-də İranda, Xoy şəhərində zəlzələ baş verdi. Məsafə etibarilə İrandakı zəlzələ 92-98 km məsafə idi deyə, təsiri Naxçıvanda 5 baldan 3 bala qədər hiss edilmişdi. Türkiyədə zəlzələ ocağı ilə bizə qədər olan məsafə isə 700-800 km arasındadır. Həmin dalğanın təsiri Azərbaycanda olan zəlzələ ocaqlarını oyada bilməz.

Yaxın günlər üçün güclü zəlzələlərin baş vermə ehtimalı yoxdur",- deyə o söyləyib.