Gəncə ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnən, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına, Gəncəyə daimi diqqətinə layiq olmağa özündə güc tapan, tarixinə sonsuz məhəbbət və ehtiramı ilə seçilən bir şəhər olduğunu öz əməli işi ilə sübuta yetirib və bundan qürur duyur. Bu qədim şəhər zaman-zaman sınaqlara da məruz qalıb. Lakin hər dəfə bu sınaqlardan uğurla çıxan gəncəlilər dövlətə və dövlətçiliyə sədaqət və məhəbbətini nümayiş etdirib, yenidən inkişaf və tərəqqi yoluna qədəm qoyublar.
Gəncə möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində günü-gündən inkişaf edir. Şəhərin səhiyyə, təhsil və mədəni həyatında yeniliklərə nail olunur, yeni infrastruktur layihələri icra edilir.
Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi istiqamətində mühüm tədbirlər hətaya keçirilir. Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir.
Hazırda Gəncə şəhərində həyata keçirilən ən önəmli və genişmiqyaslı layihələrdən biri “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsidir. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihənin icrası uğurla davam edir. Layihə çərçivəsində şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40 faizi başa çatıb.
Məlum olduğu kimi, Gəncənin küçələrinin, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel şəkildə aparılır. Qeyd etmək lazımdır ki, son 4 ildə su-kanalizasiya sistemlərinin yenilənməsi işləri tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülmüş, 20-dən artıq küçədə təmir işləri aparılmış, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənmişdir. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində içməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri hazırda davam etdirilir. Növbəti mərhələdə daha 50-dən küçədə anoloji işlərin aparılması nəzərdə tutulub.
Gəncə şəhərində icra olunan digər irimiqyaslı layihə isə müasir küçə işıqlandırılması sistemlərinin qurulması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur ki, hazırda işlərin böyük bir hissəsi başa çatdırılıb. Bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq, qismən istifadəyə verilib və bu istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün ərazilərə enerjinin verilişi təmin olunacaqdır. Layihənin cari ilin sonunadək icra olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərində müasir küçə işıqlandırılması sistemi qurulacaqdır.
Gəncədə çoxmənzilli yaşayış binalarının dam ötrüklərinin yenilənməsi və fasadlarının təmirinə də diqqət yetirilir.
Şəhərdə ümumilikdə 865 çoxmənzilli yaşayış binası mövcuddur ki, bunlardan 645-nin dam örtüyü tamamilə yenilənib. Daha 220 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi istiqamətində isə işlər davam etdirilir. Gəncə şəhərində olan çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri ilə bağlı da müəyyən işlər görülür. Mənzil fondu əsaslı təmir olunan 208 binanın 30-dan çoxunda işlər son 3 ildə icra edilib. Növbəti mərhələdə isə daha 60 binanın fasadının təmiri planlaşdırılır.
Çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması da diqqətdə saxlanılan məsələlərdəndir. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz və Nizami bələdiyyələri tərəfindən şəhər ərazisində “Abad məhəllə”lər yaradılır. “Abad məhəllə” layihəsi çərçivəsində məhəllələrdə asfalt örtüyü salınır, tamet daşlar vurulur, yeni bardurlar, işıq dirəkləri quraşdırılır, məişət tullantıları üçün qutular yerləşdirilir. Eyni zamanda yaşıllaşdırma işləri aparılır, dekorativ agaclar əkilir, yaşıllıqların suvarılması üçün su xətləri çəkilir. Çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılarkən, sakinlərin istirahəti də nəzərə alınır. Sözügedən ərazilərə söhbətgahlar və oturacaqlar yerləşdirilir, uşaq meydançaları quraşdırılır. Şəhərdə həyata keçirilən məhəllələrarası abadlıq işləri mərhələli şəkildə bütün yaşayış binalarının həyətlərində aparılacaqdır.
Bir daha qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərləri də bu dəqqətin və qayğının bariz nümunəsidir. Ölkə Prezidentinin Gəncəyə səfərləri həmişə unudulmaz və əlamətdar olur. Çünki şəhərdə müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində Prezidentin şəxsən iştirak etməsi və xeyir-duası qiymətlidir, əzizdir. Son 4 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib. “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu bu qəbildən olan obyektlərdəndir.
Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı, yeni məktəb binalarının tikintisi istiqamətində də işlər davam etdirilir. Gəncə şəhərində olan təhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması, yenilərinin inşası prioritet məsələlərdən biri olmaqla daim diqqət mərkəzində saxlanılır. Son 4 ildə Gəncə şəhər 7, 18, 28 və 34 nömrəli tam orta məktəblər müasir standartlar səviyyəsində yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib. Bununla yanaşı, Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılıb, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilib.
Yenidən qurularaq istifadəyə verilən müəssisələrdən bir digəri isə Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzidir. Bununla yanaşı, 2 nömrəli şəhər Poliklinikasında və Təcili Tibbi Yardım Xəstəxanasının İnzibati binasında cari təmir işləri aparılıb, 2 korpus və yardımçı binalardan ibarət olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar və onların sırasında gəncəli gənclərin də olmağı şəhərimizin uğurudur. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər davam edir. Gəncə İdman Liseyi Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Park-Kompleksinin ərazisində futbol meydançasının inşası başa çatdırılıb, Yeni Gəncə yaşayış massivi və Sadıllı qəsəbəsində yerləşən mini-futbol meydançaları yenidən qurulublar. Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yeni korpuslarının və idman qurğularının, habelə “Futbol akademiyası və təlim mərkəzi”nin, habelə Gəncə İdman Sarayının inşası sürətlə davam etdirilir.
Gəncədə yerləşən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsi də daim dövlətin diqqət mərkəzindədir. F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Uşaq Rəssamlıq Məktəbinin və N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin təmir-bərpa işləri bu qəbildəndir.
Böyük fəxrlə qeyd edirik ki, fərqli illərdə müxtəlif titullara sahib olan Gəncə 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülmüş, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir. Nizami yurdu üçün ən uğurlu layihələrdən biri isə Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Gəncə bu proqrama Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulub. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.
Qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində olan yaşıllıq zolaqlarının qorunub saxlanılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində mütəmadi iş aparılır. Gəncədə olan yaşıllıq zolaqlarına daimi qulluq göstərilir, şəhər ərazisində mütəmadi olaraq iməclik və ağacəkmə aksiyaları təşkil olunur. Bu istiqamətdə atılan addımlardan biri də Gəncədə “Ekoloji Park Kompleksi”nin yaradılmasıdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehaslat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində 11 hektar ərazini əhatə edəcək parkda müxtəlif növ gül-çiçək, eləcə də ağac tinqləri yetişdiriləcək. Burada həmçinin əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri və s. yerləşdirilməsi planlaşdırılır. Kompleksdə müxtəlif növ balıqların saxlanılması üçün akvariumun da quraşdırılması nəzərdə tutulub.
Gəncə son illərdə bir çox beynəlxalq tədbirlərə, əhəmiyyətli layihələrə də ev sahibliyi edib. Bu sırada Azərbaycanda alman irsinin izlərinə və memarlığına həsr edilən “Germaniajan” səriginin, “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landermanın fotosərgisini, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdman Federasiyasının təşkilatçılığı ilə “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsi çərçivəsində keçirilən velosiped yürüşünü, Azərbaycan Avtomobil Federasiyanın təşkilatçılığı ilə keçirilən “VI Challenge Gəncə - idman avtomobillərinin yaşırı və şousunu qeyd etmək olar.
Son illərdə Gəncə şəhərində görülən işlərdən söz açarkən, dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı həyata keçirilən tədbirlərdən danışmamaq olmaz. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən yeni növ koronavirus (COVID-19) infeksiyasının şəhər ərazisində daha geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görüldü. İlk növbədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıldı, Qərargahın “Qaynar xətt”i istifadəyə verildi. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları həyata keçirildi.
27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı başladıldı. 44 günlük Vətən müharibəsi Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı. Qələbə neçə igid övladlarımızın qanı, canı bahasına əldə edildi. Gəncə şəhəri Vətən müharibəsi dövründə 100-dən artıq şəhid qarşıladı. Cəbhə bölgəsindən xeyli aralıda yerləşməsinə baxmayaraq Gəncə şəhəri mənfur düşmənin hədəfinə çevrildi. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Erməni silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qaldı. Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak oldu, 142 mülki şəxs yaralandı.
Bununla belə düşmən Azərbaycan xalqının mübariz ruhunu qıra bilmədi. 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycanın şanlı tarixinə çevrildi. 8 noyabr – Zəfər Günü isə arzu və istəklərimizin zirvəsi oldu.
Müharibə iştirakçıları və şəhid ailələrinin təklifi nəzərə alınaraq Gəncənin Şəhidlər xiyabanında üzərinə iktin düşmüş 90 nəfərin adı həkk olunan lövhə quraşdırılıb. Bununla da I Qarabağ savaşında itkin düşmüş Gəncə şəhər sakinlərinin adları əbədiləşdirilib.
Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Gəncənin “İstiqlal” parkında “Memorial Abidə Kompleksi” inşa edilib. Ümumi sahəsi 1200 kv.m olan Kompleksdə uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkili və müxtəlif atributlar vurulub. “Memorial Abidə Kompleksi”nin hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların tanıdılması məqsədilə “Gencesehidleri.az” saytı yaradılaraq, istifadəyə verilib.
Bunlarla yanaşı, Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə də abidə ucaldılıb. Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidləri – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidə “Şah Abbas – Cümə məscidi”nin önündə yerləşdirilib.
Ölkə başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Gəncədə də şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verir, problemlərin bir çoxu yerindəcə öz həllini tapır.
Ümumiyyətlə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sadəcə həssas kateqoriyadan olan şəxslərə deyil, uşaqlara, gənclərə, yaşlılara, bir sözlə bütün şəhər sakinlərinə diqqətlə yanaşır. O, mütəmadi olaraq şəhər ağsaqqalları ilə görüşlər keçirir, Gəncə Uşaq Evinin sakinlərini ziyarət edir. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinləri narahat edən məsələlərin qanunamüvafiq qaydada həllinə çalışılır. Şəhər rəhbəri asudə vaxtlarını da şəhər sakinləri ilə keçirməyi üstün tutur.
Sonda onu inamla söyləmək olar ki, Gəncədə yaşayan və çalışan hər kəs dövlət başçısının qayğısına, tövsiyə və tapşırıqlarına əməli işi ilə cavab verməyi şərəf hesab edir. Göstərilən etimad hər zaman özünü doğruldur. Bu qədim və həmişəcavan şəhər Azərbaycanın sürətli və dinamik inkişafına öz töhfəsini verə bilir. Buna isə ən böyük stimul Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonusz inam, dövlətə və dövlətçiliyə tükənməz sədaqətdir.
Gəncədə ZƏFƏR Forumu
Biləsuvarda start götürən Zəfər Forumunun növbəti ünvanı Gəncə şəhəri oldu.
Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Gəncə Dövlət Filarmoniyasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, adları qeyd olunan şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak edib.
Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq, növbəti Zəfər Forumunun Gəncədə keçirilməsindənməmnunluq duyduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Zəfər Forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı paylaşdığı sözləri xatırladıb: "Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".
Vüsal Quliyev Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağını bildirib. Qeyd edib ki, haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə - Ali Baş Komandana nəsib olmur.
Daha sonra Forumda iştirak edən rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.
Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, bəzi səhnələr nümayiş etdirilib.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib
Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda, yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.
Tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini hörmətlə yad ediblər.
Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, ehtiramlarını bildiriblər.
Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq, "İnterpol"un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan olunub, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib.
Qırx dörd günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyinin, "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı balistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.
Eyni zamanda, araşdırmalarla 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 kvadratmetr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.
Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü-"mina terroru" ilə qarşı-qarşıya qaldığı bildirilməklə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilib.
Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirib, Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini vurğulayıb. Bildirib ki, mülki insanların hədəf alınması Ermənistanın hərbi-siyasi rəhbərliyinin ideoloji xəttinə çevrilib. Belə ki, 1918-ci ildə azərbaycanlıların qırğını, 1992-ci ildə Xocalı qətliamı, 1993-cü ildə Başlıbel faciəsi, həmçinin 2016-cı ildə Ermənistan tərəfindən endirilən raket zərbəsi nəticəsində bir yaşlı Zəhranın evinin həyətində qətlə yetirilməsi, Gəncə hadisələri ideoloji olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki insanları hədəfə götürmə siyasətinin bariz nümunəsidir. Ermənistanın hərbi-siyasi rəhbərliyi yüzə yaxın günahsız mülki insanın qətlə yetirilməsi və 500-ə yaxın insanın yaralanmasının mənəvi damğası ilə yaşayır. "Ümid edirik ki, qısa müddətdə bu mənəvi məsuliyyət hüquqi-siyasi məsuliyyətlə əvəz olunacaq. Bütün xarici beynəlxalq institutları bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırırıq", - deyə Cavid Musayev diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirib.
Anım tədbirinin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.