13:23

Tatarıstana PUA hücumu: Ölənlərin sayı durmadan artır - matəm elan olundu


Nijnekamska edilən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 75 nəfər tibbi yardıma ehtiyac duyub.

Resmixeber.info xəbər verir ki, müvafiq açıqlama ilə Tatarıstan rəhbərliyinin mətbuat xidməti çıxış edib.

Bildirilib ki, hücum nəticəsində 13 nəfər həyatını itirib. "Həkim köməyi üçün 75 şəxs müraciət edib ki, onlardan da 21-i tibb müəssisəsinə yerləşdirilib", - deyə açıqlamada qeyd olunub.



Tatarıstanın Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbələr nəticəsində 12 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Resmixeber.info xəbər verir ki, bu barədə jurnalistlərə Tatarıstan rəhbərliyinin mətbuat xidmətindən açıqlama verilib.

"Əldə olan son məlumatlara əsasən, Ukrayna Silahlı Qüvvələrinin Nijnekamsk ərazisinə PUA-larla təşkil etdiyi hücum 12 nəfərin ölümü və 39 nəfərin yaralanması ilə nəticələnib. Yardıma ehtiyacı olan və müraciət edən bütün şəxslərə lazımi tibbi xidmət göstərilməkdədir", - deyə açıqlamada qeyd olunub.//oxu.az