08:42

Bir reklam çəkdi,çəkdiyinə də peşman etdilər..


Aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı ilə bağlı qalmaqal o qədər böyüdü ki, bundan sonra o,reklamı silmək məcburiyyətində qaldı.Sarı.tv bildirir ki,bu barədə sosial şəbəkələrdə minlərlə qadın narazılıq bildirib.
Blogger Qərib isə ,öz sosial səhifəsində bunları yazıb :
"Orasını-burasını düzəltdirib özlərini gözəl hesab edənlər o qədər çoxalıb ki, təbii gözəllərə qüsurlu kimi baxırlar.
Quyruqsuz Tülkü məsəli kimi…
Get avropaya, adi kosmetika belə çəkəni nadir taparsan.
Bir dondurma reklamına görə sürü halında kiminsə üstünə cummaq, onu təhqir eləmək insanlığa yaraşan hərəkət deyil.
Gərçi, insan olan niyə özünün təbii halını süni eləsin ki…
Süni kütlə də çox təhlükəlidir".