10:59

Nazarbayev əməliyyatdan sonra evə buraxıldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.

Bu barədə tibb müəssisəsindən TASS-a məlumat verilib.

"O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb", - kardiocərrahiyyə mərkəzindən bildirilib.

Sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb.

Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstan prezidenti olub. 2019-cu ilin martında o, öz istəyi ilə tutduğu postdan istefa verib. Beləliklə, Nazarbayevin varisi Kasım-Jomart Tokayev olub.//Modern.az