Ötən gün səhər Moskva vilayətinin Balaşixa şəhərində partladılan avtomobildə Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi Damir Davıdov həlak olub.
Balaşixada öldürülən general sursat təchizatına cavabdeh idi.
Resmixeber.org bildirir ki,Damir Davıdov Rusiya Müdafiə Nazirliyinin Baş Raket İdarəsinin (GRAU) şöbələrindən birinə rəhbərlik edir və ordunun raket və artilleriya mərmiləri ilə təchizatına nəzarət edirdi.
Bomba avtomobilin qarnının altına yerləşdirilib və işə düşəndən qısa müddət sonra partladılıb.
The Insider-in məlumatına görə, əməliyyatın arxasında SBU dayanmış ola bilər.
Bu, son bir ildə Aviatorov məhəlləsindəki partlayışda öldürülən ikinci rus generalıdır. General Yaroslav Moskalik aprel ayında orada öldürülüb.

