19:52

HƏMAS liderini Mossad agentləri öldürüb: Təfərrüatlar AÇIQLANDI


Əvvəlcə İsmayıl Haniyənin may ayında İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edərkən öldürülməsi planlaşdırılıb.

HƏMAS lideri İsmayıl Haniyənin məhvini İsrail kəşfiyyat xidməti Mossad təşkil edib və bu məqsədlə İran təhlükəsizlik xidmətinin agentlərini işə götürüb.
Arasdırma.info xəbər verir ki, bildirir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, ilkin planın may ayında İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edən İsmayıl Haniyəni öldürmək olub. Lakin binada insanların çoxluğu və uğursuzluq ehtimalının yüksək olması səbəbindən əməliyyat baş tutmayıb.//lent.az