22:34

Yutuber saxlanıldı: azyaşlılardan seksual xarakterli videolar istəyirmiş4


Yutuber Yevgeni Eqorov saxlanılıb.

resmixeber.info xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı yutuber Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın şikayətindən sonra saxlanılıb. Yutuberə qarşı nalayiq ifadələr işlətmə maddəsi ilə cinayət işi açılıb.

Müstəntiqlər onun "Youtube" və "Telegram"da zorakılıq, eləcə də qeyri-ənənəvi cinsi əlaqə səhnələri olan videolar yerləşdirdiyini bildiriblər.

Həmçinin Eqorovun azyaşlılarla da yazışdığı məlum olub. Onlardan birinin 10 yaşı var. Uşaqlardan onun üçün seksual xarakterli videolar çəkmələrini istəyən Eqorovu 5 ildən 12 ilə qədər həbs gözləyir.//PUBLİKA