01:12

İranda saxta içkidən 14 nəfər öldü

İranda 95 nəfər saxta spirtli içkidən zəhərlənib.
resmixeber.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əlburz vilayətinin Kərəc şəhərində baş verib.
Bildirilir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 14-ü ölüb.
Saxta içkiləri satan 4 satıcı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.