10:09

İki milyard dollarla qaçan şəxs ÖLKƏYƏ GƏTİRİLDİ

Qırmızı bülletenlə axtarışda olan “Thodex”in qurucusu, Faruk Fatih Özer Türkiyəyə gətirilib.

resmixeber.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özeri gətirən təyyarə İstanbul hava limanına eniş edib.

Xatırladaq ki, Fatih Özer minlərlə insandan topladığı iki milyard dollarla Albaniyaya qaçıb. Daha sonra o, Albaniyanın Vlora şəhərində saxlanılaraq müvəqqəti həbs edilib.

Onun barəsində "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək", "informasiya sistemlərindən, banklardan və ya kredit təşkilatlarından istifadə etməklə fırıldaqçılıq" və sairə digər maddələrlə cinayət işi açılıb.//32gun