12:43

Kahramanmaraşda daha bir möcüzə: 222-ci saatda sağ çıxarıldı

Zəlzələnin 10-cu günündə Türkiyədə daha bir nəfər dağıntılar altından sağ tapılıb.

Türkiyə mətbuatı xəbər verir ki, zəlzələnin 222-ci saatında 42 yaşlı Məlikə İmamoğlu Kahramanmaraşda dağıntılar altından xilas edilib.

Onun şəhər mərkəzində 7 mərtəbəli binada yaşadığı bildirilib.