14:10

Hafiz Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin vətəndaşlara ləyaqətlə xidmət etməkdir

Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafiz Məmmədov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Hafiz müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Hafiz Məmmədov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir Hər kəsə bəllidir ki, Hafiz Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Hafiz Məmmədov bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Hafiz Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Çox hörmətli Hafiz Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.Hafis Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafiz Məmmədov - Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümü çox əlamətdar bir hadisə ilə yadda qaldı. Bu əlamətdar hadisə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisə olan hava limanının açılışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə xüsusi bir önəm daşıyırdı.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra hər iki ölkə başçısının Cəbrayıl şəhərində mətbuata birgə bəyanatında Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsinə diqqət çəkərək Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini xatırlatdı. Məhz bundan sonra Azərbaycan Ordusunun bir hissəsi Laçın, digər bir hissəsi isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmiş, şəhərdə Azərbaycan Bayrağı qaldırılmış və bundan sonra Ermənistan təslim olmuşdu.

İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək verərək, Azərbaycanın yalnız olmadığını və Türkiyənin Azərbaycanın yanında olduğunu bildirməsi ölkəmiz üçün siyasi-mənəvi dəstək idi. Bu dətsək savaşın son gününə qədər davam edirdi. Məhz bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev Vətən müharibəsindəki Zəfərin Azərbaycan və Türkiyənin müştərək şanlı tarixi olduğunu qeyd etdi. Ölkə başçısı bildirdi ki, Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda yenə də görünür. Türkiyə şirkətlərinin iştirakı ilə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bölgənin ilk özəl sərmayəsi olan “Dost Aqropark” da iki ölkənin birliyinin təzahürüdür.

Qardaş Türkiyədən olan şirkətlər inşaat və yol çəkilişi işlərində də çox yaxından iştirak edirlər. Qısa zamanda Türkiyə şirkətləri tərəfindən böyük işlər görülüb. Qarabağ və Şərqi Zəngəzurda avtomobil və dəmir yolları çəkilir, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Həmçinin 84 körpü tikiləcəkdir ki, artıq onların bir qismi inşa edilmişdir. Bir sözlə, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək.

Mətbuata bəyanatında Prezident İlham Əliyev işğal dövründə ermənilərin bütün şəhər və kəndlərimizi yerlə bir etməsinə diqqət çəkərək bu dağıntıların Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədildiyini vurğuladı. Törədilən vandalizmin bir səbəbi Azərbaycan xalqına qarşı olan nifrət, digər səbəbi isə azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmamasına nail olmaq idi. Ancaq ermənilər düşünən kimi olmadı. Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb və öz torpaqlarına qayıtmaqdan vaz keçməyib. Türkiyə şirkətləri ilə birgə davamlı olaraq aparılan bərpa-quruculuq işlərinin məqsədi də keçmiş məcburi köçkünlərin öz doğma el-obalarına tezliklə qayıdışını təmin edə bilməkdir.

Türkiyə kimi güclü müttəfiqinin olması Azərbaycanın xoşbəxtliyidir. İkinci Qarabağ müharibəsi, eləcə də müharibədən sonrakı dövr Türkiyə-Azərbaycan birliyini daha da gücləndirdi. Bu bilrlik bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduğunu qeyd edən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyini bölgədə çox önəmli bir amil - sülh, sabitlik amili olaraq qiymətləndirdi. Həqiqətən də Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı ölkələrimizin regiona sülh mesajı olmaqla yanaşı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir.