07:54

Heydər Əliyev mükafatına layiq görüldü

Ötən gün Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən filologiya sahəsində göstərdiyi xidmətləri nəzərə alınaraq Filologiya elmləri doktoru, dosent Mətanət Maşallah qızı Abbasova "Heydər Əliyev" ali media mükafatına layiq görülüb.
Xatırladırıq ki, Mətanət Abbasova AMEA Folklor İnstitutunun aparıcı elmi işçisidir.
1991-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1994-2001-ci illərdə “Naxçıvan” Universitetində müəllim kimi fəaliyyət göstərmişdi.

1997-ci ildə AMEA Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 2005-cü ildə “Klassik Azərbaycan hekayəsində bədii simvol” mövzusunda namizədlik işi mudafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

2003-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində “Humanitar fənlər” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
Avrasiya Universitetində müəllim kimi fəaliyyət göstərir.

AMEA Folklor İnstitutu, “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiridir. Bir neçə elmi kitabın və yüzə yaxın məqalənin müəllifidir.
Təbrik edirik.