00:15

9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama


Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

Resmixeber.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.//publika