08:56

Fədakar müəllim

Müəllim gənc nəslin memarı,cəmiyyətin ən çox etibar etdiyi şəxsidir.Cəmiyyət ən əziz, ən qiymətli varlığını,övladlarını müəllimlərə etibar edir.
Bəli,müəllim çox şərəfli peşədir,şərəfli olduğu qədər də mürəkkəb,məsuliyyətli vəzifədir.Bu ağır,lakin qürurlu peşəyə yiyələnən zaman bu keşməkeşli yolların hər üzünü ,hər çətinliyini göz önünə almalısan.
Təsadüfi deyil ki,Elm və Təhsil naziri Emin Əmrullayev son çıxışında müəllimlərin cəmiyyətdə nüfuzunu qaldırmaq lazım olduğunu vurğulayıb.
Bu baxımdan şərəfli məsuliyyəti öz çiyinlərinə alan müəllimlərdən biri də Sabunçu rayon 170 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Vüsalə Qasımova öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.
resmixeber.info olaraq ilk öncə Vüsalə Qasımoiva haqqında məlumatı qeyd edək:
Qasımova Vüsalə Salman qızı Qarabağımızın gözəl guşələrindən biri olan Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olub.Bu torpağın təmiz havasını udmuş,öz savadlı müəllimlərindən dərs almışdır.
1990-cı ildə orta məktəbi bitirib,elə həmin il ali məktəbə
daxil olmuş,yüksək nailiyyətlə ali məktəbi bitirmişdir.2001-ci ildən peşə fəaliyyətinə başlamış və hazırda ibtidai sinif müəllimi kimi körpə fidanlara dərs deyir.23 illik fəaliyyəti dövründə o, şagirdlərə məhəbbətlə yanaşmış ,öz sevgisi ilə onlara bilik ,savad və tərbiyə verməkdədir.
Son zamanlar Sosial şəbəkələrdə görülən işlərin işıqlanması baxımından Vüsalə müəllimə başqalarına örnək olmaq üçün fəal çıxışlar edir və şagirdlərin uğurlarından,keçirdiyi görüşlərdən paylaşəmlar edir.
Öz peşəsindən zövq alan ,daim yenilikdə olan fədakar müəllim şagirdlərin tədris ili üzrə dərs keyfiyyətini mənimsətməklə bərabər vətənə ,torpağa sevgini aşılayır.Təhsilin,təlim tərbiyənin uşqalara necə vacib olduğunu göstərir.Buna sübut olaraq demək olar ki,sosial şəbəkədə vətənpərvərlik ruhunda keçirdiyi tədbirlər haqqında olan paylaşımlar çox böyük izləyicitərəfindən alqışlanıb.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibədə ayağa qalxan güclü ordumuzun,dəmir yumruq kimi birləşən xalqımızın sıralarında olan bir qəhrəman da elə Vüsalə Qaımovadır.Döyüşən,yaralanan əsgər analarının, Şəhid ailələrinin yanında olan ,dərdlərinə şərik olan Vüsalə müəllimə şagirdlərini də həmin ailələri ziyarət etmək üçün aparmış,həmin ailələri yaxından tanıtmışvə az da olsa onlara təsəlli vermiş olub.
Hər Şəhid və qazi ailələrini ziyarət etdiyi gün tədbir haqqında və tədbir iştirakçılarının çıxışları barədə maariflənmə apararaq sosial şəbəkələrdə paylaşımlar etmişdir.Qarabağ torpağının igid bir qızı kimi qarşısına məqsəd qoyan Vüsalə müəllimə müharibədən əziyyət çəkən insanlara maddi və mənəvi dəstək olmaqla bərabər onları daimi diqqət mərkəzində saxlamağa nail olub.



Bütün bu görüşləri,tədbirləri keçirdikcə hamısını qeydə alır,yazdıqlarını üst-üst toplayaraq bu barədə kitab yazmağa qərar verir.Düşüncələrində qurduğu xəyalı reallaşdıraraq 2023-cü il mayın 26-da “Zirvənin Sahibləri” adlı kitabı işıq üzü görür.
On dörd Şəhid və bir qaziyə həsr olunan bu kitab Vüsalə müəllimənin qürurunu ən yüksək zirvədə dalğalandırır.
2023-cü il mayın 27-də C.Cabbarı adına Gənclər evində kitabın təqdimatını keçirərək Şəhid ailələri,müəllim heyyəti və bir çox ziyalını dəvət edir.
Kitab üzərində müzakirələr edilmiş və həmin ailələrin söylədiklərini qürur hissi il dinləmişdir.Sonra hərəyə bir kitab hədiyyə etmişdir.
Bu ağır lakin məsuliyyətli işlərlə yanaşı məktəbdə fənlər üzrə nümunəvi dərslər nümayiş etdirərək məktəbin rəhbərliyi və müəllimlər qarşısında müəllim-şagird münasibətləri barədə fikirlər söyləmişdir.
Onun fikrincə nümunəvi təhsillə bərabər uşaqlara vətənpərvərlik,sağlam fikir,vətənə ,bayrağa,torpağa sevgi aşılamaqdır.
Müəllim adını şərəflə daşıyan müəllimlər sırasında Vüsalə Qasımova kimi öz üzərində daim çalışan,həmişə yenilik axtarışında olan,günün tələblərini sevə sevə icra edən müəllimlər az deyil.
Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Vüsalə Qasımova və bütün fədakar qadın müəllimləri təbrik edirik.





[/center]