07:39

"Bakirə olmayan qızları düz-qoş edib, ərə verirəm" - Falçı Yeganə

resmixeber.info millishow.az-a istinadən Azərbaycanın tanınmış falabaxanlarından olan Yeganə ilə bağlı hazırlanmış yazını təqdim edir:



"Biri var, taksidən payıza düşəsən, bir də var, falçıya...



Həm də özünü "ölkənin bir nömrəli falçısı" adlandıran adamın qəbuluna. Bu xoşbəxtlik mənə elə də baha-başa gəlmədi. Cəmisi 35 km yol, 6 litr benzin, 1-cə manat pul və tragikomik bir payız gününü israf eləməklə yeni layihəmizə start verdik.Budur, "ölkənin bir nömrəli baxıcısı", efirdən hamının yaxşı tanıdğı Yeganə Zeynalovanın qəbulundayıq. Yeri gəlmişkən, bu layihəmizdə biz də sizləri yalnız "tele-ulduz falçı"larla yenidən görüşdürüb, onları yenidən sizə göstərəcəyik.



"Ayfon", "Marlboro" və... Qurani-Kərim



Açıq qapıya vurulmuş qara rəngli pərdənin arxasından bizi içəri dəvət edən hökmlü bir səsin ardınca otağa girdik. Evin yuxarı başında nağıllardan təsəvvür etdiyimiz padşah taxtlarına bənzəyən bir divanda başdan ayağa qara geyinib-bürünmüş Yeganə xanım əyləşib. Qarşısındakı masanın üstündə qızılı rəngdə su ilə dolu cam, Qurani-Kərim, "Ayfon" telefonu, külqabı,Diqqətimi çəkən ilk məqam qəhrəmanımızın tatuaj qaşları və divar boyu düzülmüş diplomlar, sertifikatlar ("Zirvədəkilər", "Gənclərin dostu", "Yaxşıların yaxşısı" və s.) oldu. Deməli, qədirbilən xalqımız sənətkarımızı qiymətləndirməyi bacarıb.



Salamlaşıb, xanımın qarşısında əyləşdik. Bizi əməlli-başlı süzdükdən sonra siqaretindən birini çıxarıb yandırdı. Təbii ki, diqqətimdən yayınmayan xınalı əlləri və manikürlü dırnaqları xanımın baxımlılığından xəbər verirdi.Ancaq "yuxarıların" bildiyi nömrə



Siqaretindən xüsusi ədayla dərin bir qullab alıb soruşdu:



- Nömrəmi hardan almışdız? Axı mənim bu nömrəmi "yuxarılar"dan başqa heç kim bilmir?!.



Təbii ki, naşı müştəri və qeyri-peşəkar jurnalist kimi həyəcanla soruşdum: "Yuxarılar, yəni kim?" (Həmən də səhv buraxdığımı anlayıb özümü biryolluq yığışdırdım və daha təmkinli olmağa qərar verdim).



- Kim olacaq, iş adamları-filan, - dedi.



Ağlıma gələn ilk ad Günay oldu:- Günay xanım verib nömrənizi. Həm də televiziyadan görmüşdük sizi. Maraqlandıq, ən yaxşı baxıcı kimi sizi məsləhət gördülər.



Xanım yerində qurcalanıb bir az da özündənrazı gorünüş alaraq, uydurmamıza öz reallığını əlavə etdi:



- Bəli, mən bu ölkənin bir nömrəli baxıcısıyam. Allahşükür Paşazadənin razılığıyla çıxmışam, burda da onun hesabına oturub işləyirəm.



Təbii ki, "heyrətlənməliydik".



Alt-üst bədənlə işləmək vergisi...Yeganə xanım sürücümüzə üzünü tutub: "Sən bayırda gözlə", - deyir. Mən, "qalsın, problem yoxdu", - desəm də, qaş-gözlə çox özəl suallar verəcəyini bildirir. Deyəsən, bir balaca çətinə düşürük: diktofon sürücümüzün cibində olduğundan, o da mənimlə içəridə qalmaqda israr edir. Xanım üz-gözünü turşudur:



- A kişi, mən burda Amerika açımram ki! Alt-üst bədənindən girirəm, çünki qurbanı olduqlarımız mənə alt-üst bədənlərlə bağlı əcayib suallar verir. Biz müştərinin bədəni ilə işləyirik.Sürücü çarəsiz qalıb, otaqdan çıxır. Mən də bu "alt-üst" bədənimin nə olduğunu və qurbanıolduqlarımız üçün nə maraq doğuracağını düşünə-düşünə donub yerimdəcə qalıram



Keçək, ömründə bircə dəfə də olsun falçı qapısı tanımayan adamlara belə məlum olan ilkin mərhələyə. Yəni sual atəşinə:



"Adın? Ananın adı? Ailəlisən və ya ayrılmısan? Neçə yaşın var? Uşaq var, ya yox? Harda işləyirsən?.."



Bunlar öz yerində, amma bu məqamda özünün ət ürpəşdirən intim suallarıyla falçımız doğrudan da butun mənalarda Yeganə olduğunu mənə danılmacayaq şəkildə isbat edir.Şablon suallarıyla məni xeyli yorduqdan sonra gözlərini yumur. Çox çəkmədən əcayib səslərin müşayiəti ilə sir-sifətini əyib elə hala salır ki, qorxmağıma baxmayaraq, qəşş eləməməkdən ötrü dodaqlarımı dişləyib yara eləmək zorunda qalıram.



Gözlərini açan kimi deyir:



- Anal, oral sekslə məşğul olmusan? Bilirsən, qurbanı olduqlarım soruşur bunları ki, mənə doğru cavab versinlər.



Yox, artıq bu dəfə gülməkdən özümü saxlamağa istedadım çatmır. Rəsmən şok!arada xanım manatlığı götürsə də, biədəb söyüşlərlə bizi yamanlamağa davam edir.



Belə, özü demişkən, bəh-bəhlə yola salınıb maşına oturmuşuq artıq. Amma Yeganə xanım arxamızdan hələ də söyüb, haqqını halal etmədiyini qışqırırdı.