Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə çox ağıllı adamdır. 2 il əvvəl "Qaçqınkom"un 15 milyonluq sifarişini öz şirkətinə ("AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ)
verdiyi haqqında sənədlər ortaya çıxanda abırlı davranıb susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. Beləliklə "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ "yoxa çıxdı".
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli yazır:
Lakin...Şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. "MERCURY CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə "AZ.İNŞAAT-M.V." MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. "Qaçqınkom" indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.
Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.
Cavanşir Həsənli